AZ

TikTok"dakı yazışma qanla bitdi - 17 yaşlı gənc bıçaqlandı

Gəncədə yeniyetmə bıçaqlanıb.

 

AzEdu.az İctimai TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Əttarlar küçəsi yaxınlığında baş verib.

 

İlkin məlumata görə, 17 yaşlı T.Əsgərov "TikTok"da mübahisə etdiyi şəxs tərəfindən bıçaq xəsarətləri alıb.

 

Yeniyetmə kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma başlayıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Seçilən
2
19
azedu.az

10Mənbələr