Bakı, TurkicWorld
ABŞ və Rusiya rəsmiləri Ər-Riyadda Ukrayna münaqişəsi çərçivəsində Qara dənizdə ayrıca atəşkəs əldə etmək məsələsini müzakirə ediblər.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtında baş tutub və tərəflər Ukrayna ilə bağlı hərtərəfli atəşkəsə nail olmaq istiqamətində danışıqlar aparıblar.
Ağ Ev danışıqların əsas məqsədinin Qara dənizdə atəşkəs yaradaraq yük daşımalarının təhlükəsizliyini təmin etmək olduğunu bildirib. Kremlin sözçüsü Dmitri Peskov da gəmilərin təhlükəsizliyi məsələsinin müzakirə edildiyini təsdiqləyib. Onun sözlərinə görə, Rusiya və ABŞ Ukrayna böhranının həlli üçün irəliləyiş əldə etmək istəyir, lakin texniki məsələlərdə hələ çox iş görülməlidir.
Qeyd edək ki, Ukrayna ilə bağlı bu danışıqlar Vaşinqtonun və Moskvanın münaqişəyə son qoymaq səylərini gücləndirdiyi bir dövrə təsadüf edir. Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın enerji obyektlərinə hücum edilməməsi barədə göstəriş verdiyi də bildirilir.