“Ermənistan Azərbaycan və Rusiya ilə kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmaq fikrində deyil”.
Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə deyib.
A.Simonyan Rusiyanın vasitəçiliyi ilə kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli əməkdaşlıq müstəvisinə qayıtmağın mümkün olub-olmaması barədə sualı cavablandırarkən deyib:
“Xeyr, belə bir məsələ müzakirə olunmur. Bunu haradan götürdüyünüzü bilmirəm. Rusiyanın kölgəsini hər şeydə görməyi dayandırın. Həm müsbət, həm də mənfi baxımdan. Bu mövzunu bağlayın”.