AZ

U-21 millimiz Şimali Makedoniyaya qarşı

Türkiyədə toplanışda olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün növbəti yoxlama oyununu keçirəcək.

Arena.az xəbər verir ki, millimiz Türkiyənin Antalya şəhərində Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, bu, U-21 millimizin Antalyada gerçəkləşən təlim-məşq toplanışında ikinci yoxlama görüşüdür. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv martın 22-də keçirilmiş ilk yoxlama görüşündə Moldova yığmasına 2:0 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunu
25 mart

21:00. Azərbaycan – Şimali Makedoniya

Seçilən
12
1
arena.az

2Mənbələr