AZ

Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin İLGİNC TƏFƏRRÜATI

Qaydasız döyüş növü (MMA) üzrə məşqçi Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı üzə çıxıb.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, Orxan Hacıyev qan davasının qurbanı olub. Orxan Hacıyevi kriminal aləmdə "Ruslan Şamaxılı" kimi tanınan Ruslan Surxayevin qardaşı Amil Surxayev odlu silahdan açdığı atəşlə qətlə yetirib.

Bu cinayət 2020-ci ildə Şamaxı rayonunda, "Yeddi günbəz" qəbiristanlığında baş vermiş digər cinayətin davamıdır. Beş il öncə, fevralın 1-də, o zaman 29 yaşı olan Orxan Hacıyev həmyerlisi 25 yaşlı Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq zərbəsi alan Ruslan Surxayev hadisə yerində ölüb.

Hadisə baş verərkən Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsi olub. O, 5-9 dekabr 2019-cu il tarixində Bakıda keçirilən Budo Dünya Kubokunda ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyirmiş.

Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub. O, son zamanlar idmanla məşğul olmayıb və kriminal aləmə yaxınlığı ilə diqqət çəkib.

"Yeddi günbəz" qəbiristanlığındakı qətldən sonra Orxan Hacıyev həbs olunub, barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bir neçə ay davam edən istintaq yekunlaşaraq cinayət dosyesi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəməsində ifadə verən Orxan Hacıyev ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmədəki ifadəsində istəmədən qətl törətdiyini açıqlayıb. Məlum olub ki, 2020-ci il yanvarın ortasında Ruslan Surxayev ona zəng edib. Hər şey də bundan sonra başlayıb.

Orxan Hacıyevin 2020-ci ildə keçirilən məhkəmə prosesində dediklərindən:

"Həmin vaxta qədər Ruslanın nömrəsini bilmirdim. Özü ilə də şəxsi tanışlığım yox idi, sadəcə adını eşitmişdim. Mənə telefonda - "Orxan necəsən?" - deyə soruşdu, mən də yaxşı olduğumu bildirdim. O, güləşçi olduğunu, mənimlə görüşmək istədiyini dedi. Univermağın yanına çağırdı. Mən də deyilən ünvana getdim. Həmin yerdə Ruslan mənim də tanıdığım Fərhad adlı şəxslə idi. Onlara yaxınlaşdım. Ruslan bir yerdə oturub söhbət etmək istədiyini dedi. Mənim də əvvəlcədən Fərhadla qız söhbətim olmuşdu. Mənim istədiyim qızı Fərhad da istəyib. Bu səbəbdən aramızda söz-söhbət olub. Ruslan və Fərhadla birlikdə "Qədim Şamaxı" çay evinə getdik. Orada Ruslan mənə düz hərəkət eləmədiyimi, gücümə güvənib qızı Fərhadın əlindən aldığımı bildirdi. Mən də Ruslana Fərhadın söhbəti düz danışmadığını sübut etdim. Ruslan da söhbətin bağlandığını elan etdi və Fərhada bir də o qızın yaxınlığına getməyi qadağan etdi".

Orxan Hacıyev məhkəmədə deyib ki, təxminən bir həftə və ya 10 gün sonra Fərhad ona mesaj yazaraq əsgərliyə gedəcəyini bildirib və "Qədim Şamaxı" çay evinə gəlib, çay içməyi təklif edib:

Seçilən
123
50
publika.az

10Mənbələr