Bakı. Trend:
Ötən il Azərbaycan Özbəkistan iqtisadiyyatına 93,1 milyon ABŞdolları sərmayə qoyub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2023-cü ildəki göstərici iləmüqayisədə 69,9 milyon ABŞ dolları və ya 4 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Özbəkistanayatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,3% təşkiledib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan sözügedən ölkəyəyatırılan investisiyaların həcmi isə 23,2 milyon ABŞ dollarınabərabər olub.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞdollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici iləmüqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstəriciillə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.
Qeyd edək ki, ötən il Azərbaycandan Özbəkistana fiziki şəxslərinpul köçürmələrinin həcmi 4,6 milyon ABŞ dolları təşkil edib. Bugöstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 953 min ABŞdolları və ya 26% artıb. Hesabat ilində ölkənin ümumi pulköçürmələrində Özbəkistanın payı 0,9% təşkil edib.
Həmçinin, ötən il Özbəkistandan Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 10,96 milyon ABŞ dolları olub ki, bu da2023-cü ildəki göstərici ilə müqayisədə 937 min ABŞ dolları və ya7,9% azalma deməkdir. Hesabat ilində ölkəyə ümumi pulköçürmələrində Özbəkistanın payı 1% təşkil edib.
2023-cü ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pulköçürmələrinin həcmi 3,7 milyon ABŞ dolları, əks istiqamətdə isə11,9 milyon ABŞ dolları təşkil edib.