Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən oteldə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, alov sürətlə böyüyərək oteli bürüyüb, əraziyə çoxlu yanğınsöndürənlər cəlb edilib.
Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey yanğında 1 nəfərin öldüyünü, 4 nəfərin sağ qaldığını açıqlayıb. İçəridə 12 otel işçisi olub, onlardan 3-ü tüstüdən zəhərlənib və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.
Bizim.Media