Müğənni Bəturə Hüseynova Sahib İbrahimovla olan qalmaqalından danışıb.
Bizim.Media xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan sənətçi onlarla bağlı sevgi iddiaları yazanlara cavab verib:
“Sahiblə olan duetlərimizdə insanlar müxtəlif şeylər yazır. Mən illərdir dərdimi çatdıra bilmədim, başa sala bilmədim. İnsanlar sevgi yazırlar. Lakin elə deyil. Biz beş-altı ay birgə çalışmışıq, çox tərs adamdır, başqa dünyaların insanlarıyıq. Mən özümü geriyə çəkdim, arxamdan başqa işlər görülüb, xəbərdarlıq olmadan işi yarımçıq qoydu. Hər dəfə bunun üzərinə gedirəm, lakin qadına xoş olmayan şeydir. Bizi barışdırmağa çalışdılar. Mənim xoşuma gəlməyən hərəkətlər oldu, duet ortağı olaraq xəbərim olmalıydı. Başqası olsa, qırğın çıxarardı. Mən vicdansız deyiləm, haqq yemərəm.
Məyus edən məqamlardan biri o oldu ki, mən övladımı qoyub, iş birliyi üçün gəldim. Hər kəs öz uşağını düşündü, heç kim mənim övladımı düşünmədi. Bunun stressini çox yaşadım. Namərdlik etməyin, mənə xəbər verin, ona uyğun işimi qurum. Yekə-yekə danışırsınız ki, Bəturə Hüseynova gələcək, 1 il məni gözləmisiniz. Adi mahnını çox gözəl tanıdan mənəm, yaradan mənəm. Mahnı başqa idi, mən başqa cür oxudum. Allah göydən baxır, mənim uşağımı düşünməmələri məni çox yandırdı. Halallıq verməyəcəyəm, başqa söhbətlər var”.
Sara, Bizim.Media