AZ

Maqadan vilayətində dörd turist həlak olub

Rusiyanın Maqadan vilayətində qar uçqunu nəticəsində dörd turist həlak olub, bir nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətləri məlumat verib.

"Maqadan vilayətində altı nəfərdən ibarət turist qrupu qar uçqununa düşüb. Nəticədə dörd nəfər həlak olub, bir nəfər xəsarət alıb", - agentliyin müsahibi bildirib.

Onun sözlərinə görə, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı araşdırılır.

Turistləri təxliyə etmək üçün helikopter göndərilib.

Seçilən
109
1
ikisahil.az

2Mənbələr