19 yaşadək futzalçılardan ibarət millimiz Avropa çempionatının əsas mərhələsində 2-ci oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda Xorvatiya ilə qarşılaşıb. Yığmamız son saniyələrdə məğlubiyyətdən qurtulub. Bu, komandamızın əsas mərhələdə qazandığı ilk xal olub.
Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. Qeyd edək ki, millimiz ötən gün Bosniya və Hersoqovinaya 2:10 hesabı ilə uduzub.
Xorvatiya - Azərbaycan - 3:3
Leon Ferençek, 2:48, 34:24, İvan Posaveç, 39:48 - Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11, 39:59
Qırmızı vərəqə: Hüseyn Abdulov, 26:02