Bir həftə ərzində Rusiya hərbçiləri SVO zonasında beş yaşayış məntəqəsini nəzarətə götürüblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, “Şimal” hərbi qrupunun Kursk vilayətindəki bölmələri Qoqolevkanı azad edib.
Xarkov və Belqorod istiqamətlərində Rusiya hərbi qulluqçuları dörd mexanikləşdirilmiş briqadanın bölmələrini, pilotsuz sistemlər briqadasını və Ukrayna Silahlı Qüvvələrinin hücum alayını məğlub ediblər. Bir həftə ərzində düşmən “Şimal”ın məsuliyyət zonasında 2190-a qədər hərbçisini itirib.
“Qərb” hərbi qrupunun bölmələri bir həftə ərzində KXDR-in Mirnoye və Xarkov vilayətinin Krasnoye Pervoye yaşayış məntəqələrini nəzarətə götürüb. “Mərkəz” qrupu DXR-in Sribnoye kəndini işğal edib.
Zaporojye vilayətində Dnepr hərbi qrupunun bölmələri Malye Şerbaki yaşayış məntəqəsini nəzarətə götürüb.