AZ

Ukrayna ordusu Kurskda enerji obyektini tamamilə məhv etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Silahlı Qüvvələri Kursk vilayətindəki "Sudja" qazölçmə stansiyasına raket zərbəsi endirib.
Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Martın 28-də saat 10:20-də Kiyev rejimi, ilkin məlumata görə, HIMARS yaylım atəşli reaktiv sistemindən istifadə etməklə "Sudja" qazölçən stansiyasına zərbə endirib. Nəticədə böyük yanğın baş verib və enerji obyekti faktiki olaraq məhv olub", - deyə məlumatda bildirilib.
Nazirlik həmçinin stansiyada yanğının görüntülərini dərc edib.
Seçilən
190
50
oxu.az

10Mənbələr