19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, lqar Aslanoivun komandası Türkiyə millisi ilə qarşılaşıb. Yığmamız 1:3 hesabı ilə uduzub.
Azərbaycan millisi bununla da 7-ci qrupda 1 xalla sonuncu olub. Komanda mübarizəni başa vurub.
Qeyd edək ki, Azərbaycanın U-19 millisi daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib - 3:3.
Azərbaycan - Türkiyə - 1:3
Qollar: Elgün Sadıqlı, 33:20 // Ahmet Köksal, 11:06, Ege Bilim, 17:58, Recep İnanç, 29:10