Bakı. Trend:
Bir əsrdən artıq müddətdə azərbaycanlılar ermənilər tərəfindənməqsədyönlü şəkildə soyqırımı və etnik təmizləmə siyasətinə məruzqalmışlar. Bu siyasətin tərkib hissəsi olaraq türk və müsəlman olanazərbaycanlılara qarşı hələ XX əsrin əvvəlindən etibarənAzərbaycanda və indiki Ermənistan ərazisində sistematik şəkildə vəxüsusi amansızlıqla soyqırımı cinayətləri törədilmişdir.
1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş bu soyqırımıaktları tariximizin ən qanlı səhifələrindən biri, o cümlədən etnikvə dini nifrət zəminində kütləvi şəkildə törədilmiş qırğınlarolaraq yaddaşlarda həkk olunmuşdur. Erməni millətçiləri tərəfindənaparılan anti-müsəlman, anti-Azərbaycan siyasəti kütləvi qırğınlar,kənd və şəhərlərin, tarixi, dini, mədəni abidələrin,qəbiristanlıqların dağıdılması, ailələrin tamamilə məhv olunması,azərbaycanlıların öz doğma torpaqlarından zorla qovulması ilənəticələnmişdir.
Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan,Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digərbölgələrdə törədilmiş kütləvi qırğınlar bu torpaqlardaazərbaycanlıların varlığını silmək məqsədini daşımışdır.
Belə ki, Mart hadisələri zamanı Şamaxı qəzasının 110 kəndi,Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qarsvilayətinin 98 kəndi, Quba qəzasının 167 kəndi ermənilər tərəfindənyandırılaraq tamamilə dağıdılmış, günahsız əhalisi amansızlıqlaqətlə yetirilmişdir. Bu cinayət əməlinin qəddarlıqla, amansızcasınavə vandallıqla törədilməsi izlərini özündə əks etdirən, Qubaşəhərində sonradan tapılmış həmin dövrə aid saysız-hesabsız insansümükləri bu qətliamların bilavasitə icraçıları olan erməniləringünahsız insanları məhz azərbaycanlı olmaları səbəbindən nifrətzəminində məhv etdiklərini bariz şəkildə sübut edir.
Təsdiqlənmiş sənədlər və tarixi qeydlərin mövcudluğu buvəhşiliklərin təkzibedilməz göstəricisidir. Arxiv məlumatları, sağqalanların şahid ifadələri, o cümlədən digər hüquqi sənədlər başvermiş qətliamların miqyasını ətraflı izah edir, bu hadisələrinayrı-ayrılıqda deyil, etnik təmizləməyə yönəldiyini və planlışəkildə törədildiyini təsdiq edir. Bu sənədlərin təhlili törədilmişcinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayətiolduğunu sübut edir.
Təəssüflər olsun ki, tarix boyu etnik zəmində soydaşlarımızaqarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinəbeynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməmişdir.
Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında”1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart AzərbaycanlılarınSoyqırımı Günü elan olunmaqla, soyqırımı aktlarına siyasi-hüquqiqiymət verilməsi məqsədilə müvafiq tədqiqatların aparılmasına,həqiqətlərin üzə çıxarılması istiqamətində müvafiq tədbirlərinhəyata keçirilməsinə başlanıldı.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinəsiyasi-hüquqi qiymətin verilməsi, beynəlxalq səviyyədə tanınması vəsoyqırımı qurbanlarının xatirəsinin geniş şəkildə anılmasıbəşəriyyət əleyhinə törədilmiş bu kimi cinayətlərin bir dahatəkrarlanmaması və qarşısının alınması baxımından olduqcavacibdir.
Beynəlxalq ictimaiyyət azərbaycanlılara qarşı törədilmiş silsiləetnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymətverməli, 1918-ci ildə törədilmiş cinayət əməllərini soyqırımı kimitanımalı, tarixi və hüquqi ədalətin bərpa olunmasına ciddi səylərgöstərməlidir.
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına,BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlarüzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in,UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-inrəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına,Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına vəbu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, TürkDövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutlarıAssosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsanHüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları OmbudsmanlarıŞəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrinombudsmanlarına və milli insan hüquqları institutlarına, AzərbaycanRespublikasının xarici ölkələrdəki və xarici ölkələrinrespublikamızdakı səfirliklərinə, Azərbaycanın diasportəşkilatlarına göndərilib.
Xəbər yenilənəcək