AZ

Paytaxt ərazisində oğurluq və dələduzluq edənlər saxlanılıb

Bakı. Trend:

Binəqədi rayonu ərazisində yerləşən restoranların birində birnəfərə məxsus içərisində 960 manat pul, zinət əşyası, mobiltelefon, sənəd və bank kartları olan çantanın oğurlanması barədəpolisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.

Qeyd edilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəlibilinən, əvvəllər məhkum olunmuş, orada çalışan 18 yaşlı Ü.Şirinovmüəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonunda bir nəfərin 4988 manatınıdələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkumolunmuş 38 yaşlı H.Vəliyevin saxlanılması da təmin edilib.

Araşdırma aparılır.

Məqalədə:
Seçilən
101
9
az.trend.az

10Mənbələr