"Venesuela güclü süni intellekt yaradacaq - bizim suveren modelimiz olacaq ki, heç kimdən asılı olmayaq", - deyə dövlət başçısı Telegram kanalında paylaşdığı videoda bildirib.
Bununla yanaşı, Maduro vurğulayıb ki, yer üzündə mövcud olan ən güclü intellekt insan beynidir.
Xatırladaq ki, bundan əvvəl Rusiya Texniki Universitetinin Süni İntellekt İnstitutunun müəllimi Aleksandr Morozov qeyd etmişdi ki, müasir neyron şəbəkələr texnoloji inkişaflarına baxmayaraq, hələ də insan beyninin imkanlarından çox uzaqdır. Onun sözlərinə görə, ChatGPT və MidJourney kimi İİ sistemləri real intellektual texnologiyaların yaradılması yolunda sadəcə ilkin addımlardır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31