AZ

Azərbaycanda bugünədək verilmiş ipoteka kreditlərinin sayı açıqlanıb

Bakı. Trend:

Bugünədək Azərbaycanda 53 min 785 ipoteka krediti verilib və 6min 764 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsibağlanılıb.

Trend-ə bubarədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.

Məlumata görə, bugünədək İpoteka və Kredit Zəmanət Fondununhəyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi iləkirayə mexanizmi vasitəsilə 60 min 549 ailə özünün mənzil şəraitiniyaxşılaşdırıb.

Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitiniyaxşılaşdırmış ailələrin 70%-ə yaxını gənclərdir.

Qeyd edilib ki, 2024-cü ilin sonuna olan məlumata görə,ümumilikdə ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi - 4,7mlrd. manat təşkil edib ki, onun da 3,3 mlrd. manatı və ya 81,4%-idövlət xətti ilə verilmiş kreditlərin payına düşüb.

Bu günə olan məlumata görə, Fondun vəsaiti hesabına verilmişipoteka kreditlərinin həcmi 3,4 mlrd. manatı keçib.

Seçilən
110
2
az.trend.az

8Mənbələr