AZ

Rusiya şirkəti Azərbaycandakı BOKT-dan nə qədər qazanır? - Rəqəmlər

Bank olmayan kredit təşkilatı (BOKT) “Kredaqro” MMC-nin səhmdarının illik qazancı məlum olub. 

Valyuta.az xəbər verir ki, BOKT 2024-cü ili 112 083 manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə BOKT-un mənfəəti 87 478 manat olub ki, bu da illik müqayisədə 28% artım deməkdir.
Bununla belə, BOKT səhmdarı bundan dəfələrlə çox dividend elan edib. 

Belə ki, mikromaliyyə təşkilatı 100% səhmdarı Rusiyanın “AqroMost Finans” şirkətinə ötən il üzrə  2 milyon 516 min manat dividend ödəyib. Bu isə 2023-cü ilə nisbətən 14,7% azdır. 2023-cü il üzrə bu rəqəm 2 milyon 952 min manat təşkil edib. 

Qeyd edək ki, “AqroMost Finans” 2009-cu ildə Rusiya Federasiyasında qeydiyyata alınıb. Onun əsas səhmdarları Mişiyev German Xanuxoviç (51%), Voronin Andrey Nikolayeviç (24,5%) və Kokarev Nikolay Gennadieviçdir (24,5%).

Seçilən
119
35
valyuta.az

10Mənbələr