Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısının bağlanması və mənzilinə pəncərədən daxil olması barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Heftelik.az-ın xəbərinə görə, məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub.
Qeyd edilib ki, vətəndaş tərəfindən mənzilin bir mövcud girişi olmasına baxmayaraq müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub: “Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib”.