Bakı. Trend:
Hazırda qızılın qiyməti qlobal bazarlarda yenirekordlara çatıb. 1 aprel 2025-ci il tarixində qızıl bir unsiyaüçün tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşaraq yeni birrekord həddə yüksəlib. Hazırda London Əmtəə Birjasında qızılın birunsiyası 3 130 – 3 145 ABŞ dolları arasında ticarətolunur.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında “Azərbaycan ZərgərlərAssosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini,“Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədriRövşən Əmircanov fikirlərini bölüşüb.
O bildirib ki, bu artımın davam etməsi qiymətlərin yüksəkqalmasını və qızılın daha da bahalaşmasını şərtləndirə bilər.
Mütəxəssisin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampıntətbiq etdiyi yeni tariflər, qlobal ticarət müharibəsinin daha dakəskinləşəcəyi qorxusunu artırıb: “Nəticədə, investorlar təhlükəsizaktivlərə, xüsusilə qızıla yönəlirlər. Qızılın bahalaşması təkcəticarət siyasətinin təsiri ilə deyil, həm də ABŞ-nin fiskalsiyasəti, geosiyasi gərginliklər ilə əlaqədardır”.
Azərbaycanda 585, 750 və 999.9 əyarlı qızılın satışqiymətlərində əhəmiyyətli artım müşahidə olunur…
Azərbaycanda qızılın qiymətinin beynəlxalq bazarlarda baş verəndəyişikliklərdən asılı olaraq dəyişdiyini vurğulayan sədr müavinidünya birjasında qızılın qiymətinin artmasının yerli bazarda da özəksini tapdığını və qiymətlərin bahalaşdığını bildirib: “Qızılınqiymətinin yüksəlməsi faktoru və dünya birjasında qiymətlərinartması yerli bazarda qızıl və digər qiymətli metallara olanmarağın artmasına səbəb olur. Beynəlxalq bazarlardakı dalğalanmalarAzərbaycanın qiymətli metal sektoruna birbaşa təsir edir. Bu,qiymətli metalların, zərgərlik məmulatlarının daxili bazardabahalaşmasına gətirib çıxarır. Son dövrlərdə ölkəmizdə 585, 750 və999.9 əyarlı qızılın satış qiymətlərində əhəmiyyətli artım müşahidəolunur”.
Yaxın zamanlarda qızılın qiymətinin bir unsiya üçün3 500 ABŞ dolları səviyyəsinə çatmasıproqnozlaşdırılır…
R. Əmircanov bir neçə müddət əvvəl verilən proqnozların özünüdoğrultduğunu qeyd edib: “Qızılın qiyməti qlobal iqtisadi vəgeosiyasi amillərin təsiri altında formalaşmağa davam edir vəbahalaşma tendensiyasının gələcək dövrlərdə də davam edəcəyigözlənilir. Ekspertlərin qiymətləndirməsinə görə, yaxın zamanlardaqızılın qiymətinin bir unsiya üçün 3 500 ABŞ dolları səviyyəsinəçatması proqnozlaşdırılır.
İnflyasiya təzyiqləri, geosiyasi gərginliklər və mərkəzibankların qızıl ehtiyatlarını artırması bu qiymət artımınıdəstəkləyən əsas amillərdən biridir”.
Mövcud şəraitdə bu qiymətli metala sərmayə qoymaq nədərəcədə səmərəlidir?
R. Əmircanovun sözlərinə görə, mövcud şəraitdə qızıl və digərqiymətli metallara sərmayə qoymaq qlobal iqtisadi və geosiyasiqeyri-müəyyənliklər, inflyasiya təzyiqləri və mərkəzi banklarınqızıl ehtiyatlarını artırması kimi amillər nəzərə alınaraq səmərəliola bilər: “İnvestorlar üçün qızıl hazırda cəlbedici investisiyaaləti olaraq qalır. Siyasi qeyri-müəyyənlik, inflyasiya təzyiqlərivə makroiqtisadi qeyri-sabitlik səbəbindən qızılın qiymətininartması gözlənilir. Trampın önümüzdəki günlərdə qüvvəyə minəcəkyeni tarifləri inflyasiyanı sürətləndirə, iqtisadi artımı ləngidəvə ticarət gərginliklərini daha da artıraraq qızıla olan tələbigücləndirə bilər. Bundan əlavə, mərkəzi bankların qızılehtiyatlarını artırması da qiymətlərin yüksəlməsinə töhfəverir.
Qızıl hər zamankı kimi iqtisadi və siyasi qeyri-sabitlikdənqorunmaq üçün ənənəvi bir vasitə olduğundan hazırkı şəraitdəuzunmüddətli sərmayə üçün əlverişli seçimdir”.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda478,3 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı ötən ilineyni dövrü ilə müqayisədə 214,7 kiloqram və ya 81,4% artıb.
Bu ilin mart ayının birinə ölkədə hazır qızıl ehtiyatınınmiqdarı 160,4 kiloqram olub.