AZ

Kreml: Rusiya bunu etmək istəyənlərlə münasibətləri normallaşdırmağa açıqdır

Kremlin sözçüsü Peskov bildirib ki, Rusiya heç vaxt digər ölkələrlə, o cümlədən qonşuları ilə münasibətlərini korlamağa cəhd etməyib.

Bugünkü mətbuat konfransında Kremlin sözçüsü Dmitri Peskov Finlandiya prezidenti Aleksandr Stubbın ölkənin Rusiya ilə münasibətlərini yaxşılaşdırmaq üçün “mənəvi cəhətdən hazırlaşmağın” vaxtı çatdığı barədə sözlərini dəyərləndirib.

Editor.az bu barədə xarici mətbuata istinadla yazır.

“Prezident Vladimir Putin dəfələrlə bəyan edib ki, ölkəmiz istəyən hər kəslə münasibətləri normallaşdırmağa açıqdır”,-deyə Peskov bildirib. Əvvəllər Finlandiya və İsveçlə heç bir problem yaşamadıqlarını və aralarında qarşılıqlı faydalı əməkdaşlıq olduğunu xatırladan Peskov hazırda bu ölkələrin NATO-nun hərbi infrastrukturunu öz ərazilərinə köçürdüklərinə diqqət çəkib və deyib:

“Rusiya heç vaxt başqa ölkələrlə, xüsusən də qonşuları ilə münasibətlərini korlamaqda fəal olmayıb”.

Peskovun bəyanatından diqqət çəkən məqamlar:

Rusiya ABŞ ilə əlaqələrini davam etdirir. Ukrayna məsələsi çox mürəkkəbdir və əlavə səylər tələb edir.

Kreml Putinlə Bosniya və Herseqovina Serb Respublikasının prezidenti Dodik arasında mümkün görüş baş verərsə, məlumat verəcək.

Putin bu gün Təhlükəsizlik Şurasının fövqəladə iclasında iştirak edəcək.

Rusiya lideri Çinin xarici işlər naziri Vanq İni də qəbul edəcək. Rusiyanın yaxşı dostu olan Vanq Moskva ilə Pekin arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
68
17
editor.az

10Mənbələr