Rusiya ilə Şimali Koreya arasında 4 kilometrlik körpünün tikintisinə başlanacaq.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora danışıb.
“Hazırda tərəflər layihə sənədlərini yekunlaşdırır, tikinti qrupları formalaşdırır və lazımi avadanlıqları yığırlar”, - deyə o bildirib.
Körüpünün tikintisinin 2026-cı ilin sonuna qədər tamamlanacağı gözlənilir.
Məlumata görə, körpü Şimali Koreyanın şimalı ilə Rusiyanın şərqi arasında əlaqə yaradacaq.
Körpü 1959-cu ildə açılmış mövcud “Dostluq körpüsü” dəmir yolu xəttinin yaxınlığında yerləşəcək.
Billurə Yunus