AZ

Qrızdakı Əbu Müslüm məscidi nə vaxt təmir ediləcək? - Rəsmi CAVAB

Azərbaycan tarixi ölkə olmaqla yanaşı zəngin mədəniyyətə malik ölkədir. Bu səbəbdən də ölkənin hər bölgəsində tarixi abidələrə, məscid və digər memarlıq nümunələrinə rast gəlmək mümkündür. Lakin təəssüf ki, bəzən bu kimi mədəni tariximizi göstərən tikililərin bərpası ikinci planda qalır.

Bu cür abidələrdən biri də Əbu Müslüm Xorasani Əməvilərə qarşı üsyan bayrağı qaldırılan, Azərbaycanın Quba rayonunun dağ kəndlərində - Qrız, Cek və Xınalıq kəndlərində eyni adlı məscidlərdir. Bu barədə tarixçi Elnur Nəciyev bildirib:

"Qrız kəndindəki Əbu Müslüm məscidi kənd ağsaqqallarından Şıxbaba Mehdiyevdən aldığım məlumata görə, hicri 131, yəni miladi 748/749-cu ilə aiddir. Bu məscidi Cek və Xınalıqdan hələlik öyrəndiyim qədəri ilə fərqləndirən və onu Azərbaycanın ən qədim 3-cü məscidinə (Dərbənd, Şamaxı Cümə məscidlərindən sonra) çevirən bir mühüm əsas var. Əbu Müslüm adlı sərkərdə xorasanlı idi və bugün Qrızda Xoraşenlilər (yəni Xorasanlılar) adı ilə tanınan bir nəsil var. Məscidin qabağında tanıtım lövhəsi qoyulub. Torpağın üstündə olan bu məscid necə qorunursa, onun naxışlarla bəzədilmiş taxtaları kəndin ərazisinə səpələnib". 

Modern.az məsələ ilə əlaqədar  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Quba rayonunun Qrız kəndində yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi (XIX əsr) kimi reyestrə daxil olan məscid qəzalı vəziyyətdədir:

"Bir müddət öncə Dövlət Xidmətinin əməkdaşları həmin ərazidə olub və məscidin hazırkı vəziyyətini qeydə alıblar. Abidənin bərpa-konservasiyası növbəti illər üzrə dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilməsi planlaşdırılır".

Seçilən
22
50
modern.az

10Mənbələr