"Amerika-İran gərginliyi fonunda İslam Respublikasının prezidenti Məsud Pezeşkianın əvvəl nümayəndəsini Azərbaycana göndərməsi, indi də özünün gəlməsinin gözlənilməsi böyük ehtimalla ABŞ-ın edəcəyi hücumla əlaqəli deyil. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev Məsud Pezeşkianı telefon görüşlərində Azərbaycana dəvət edib. Bu, ikitərəfli münasibətlərin inkişafı üçün lazımdır".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov İran prezidentinin Azərbaycana gözlənilən səfərinə münasibət bildirərkən səsləndirib. O deyib ki, Azərbaycan və İran arasında iqtisadi əlaqələr yaxşı səviyyədədir:
"Hesab etmək olar ki, bu görüş də iqtisadi əlaqələrin daha da inkişafını gücləndirmək məqsədi daşıyacaq.
Təbii ki, görüş əsnasında regional və beynəlxalq məsələlərin müzakirəsi baş tuta bilər. Mümkün ABŞ hücumu nəticəsində yaranacaq siyasi və demoqrafik durumun kəskinləşməsi fonunda qarşılıqlı fəaliyyət planı işlənə bilər. Amma məsələnin demoqrafik gərginlik həddinə çatacağına ehtimal azdır".
Azər Qasımov deyib ki, siyasi olaraq Azərbaycanın bu məsələdə tərəflərə ciddi yardımı ehtimalı mövcud olsa da azdır:
"Sadəcə Azərbaycan məsələnin danışıqlar yolu ilə həll edilməsini məsləhət görə bilər".
Süleyman