Almaniya Prezidenti təbii qazla bağlı dəstəyə görə Azərbaycana təşəkkür edib.
Rusiya qazı ilə bağlı problem yarananda Azərbaycan dəstək verdi.
Operativ Media-nın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda bildirib.
Ştaynmayer deyib ki, Almaniya bu dəstəyə görə Azərbaycana təşəkkür edir.