Avstraliyada Covid-19 virusunun yeni "LP.8.1" variantının tədricən yayıldığı bildirilir. Manset.az xəbər verir ki, bu barədə "SBS News" məlumat yayıb. Məlumata görə, ilk dəfə 2024-cü ilin iyulunda aşkar edilən bu yeni variant sürətlə yayılmağa davam edir. "LP.8.1" variantı, ölkənin Cənubi Uels (NSW) əyalətində Covid-19 halları arasında üçüncü ən dominant variant olub. Lakin, mütəxəssislər bu yeni variantın simptomlarının digər dövriyyədə olan variantlarla müqayisədə "daha şiddətli" olmadığını qeyd ediblər. Bu ilin əvvəlindən bəri Avstraliyada 45,000-ə yaxın yeni Covid-19 hadisəsi qeydə alınıb. Hazırda 260-a yaxın insan virusa görə xəstəxanada müalicə olunmaqdadır.