İngiltərə Premyer Liqasında 30-cu turun oyunları keçirilir.
90deqiqe.Az xəbər verir ki, "Bornmut" doğma meydanda "İpsviç"ə uduzub, "Brayton" "Aston Villa"ya məğlub olub.
"Mançester Siti" evdə "Lester Siti"ni, "Nyukasl" "Brentord" üzərində qələbəyə sevinib.
"Sauhtempton" - "Kristal Pelas" matçında qalib müəyyənləşməyib.
"Liverpul" doğma meydanda "Everton"la qarşılaşıb. Bu görüşdə də meydan sahibləri minimal hesabla qalib gəlib.