AZ

Ağdaşda 56 yaşlı kişi bıçaqlandı - DİN-dən açıqlama

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda bıçaqlanma hadisəsi olub.

Yenisabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub və hazırda polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

***

08:58

Ağdaşda bıçaqlanma hadisəsi olub.

Hadisə rayonun Aral-1 kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü rayon sakini Kərimov Nəriman Qüddəsər oğlu mübahisə zəminində bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının durumu orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
35
2
yenisabah.az

3Mənbələr