AZ

Ağdərədə insana məxsus olduğu ehtimal edilən sklet fraqmentləri aşkarlanıb

Ağdərə rayonunun Baş Güney kəndi ərazisində insana məxsus olduğu ehtimal edilən sklet fraqmentləri aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.

Bildirilib ki, qalıqlar həmin şəxslərin 1992-ci il martın 12-də şəhid olduqdan sonra yaxınlarının qoyub getdikləri yerdə tapılıb.

Artıq qalıqlar ərazidən götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib.

Seçilən
82
4
bakivaxti.az

10Mənbələr