AZ

Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərə uyğun olaraq tikiləcək “Dərnəgül” elektrik deposunun inşası zamanı layihə altına düşən yaşıllıqlarla bağlı ictimai dinləmə keçiriləcək.

Ekologiya.az-ın xəbərinə görə, 4 aprel 2025-ci il tarixində, saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində keçiriləcək tədbirdə dövlət qurumları, QHT və KİV nümayəndələri, ekoloqlar iştirak edəcək.

Əlaqələndirici şəxs: Elnur Ağayev, Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşı                          

📞 Əlaqə nömrəsi: 055-900-55-56, e-poçt: [email protected]

Tarix: 4 aprel 2025-ci il

Saat: 15:00

Ünvan: Dövlət Ekoloji Ekspertiza Agentliyinin inzibati binası - Heydər Əliyev prospekti 10

Seçilən
26
1
ekologiya.az

2Mənbələr