Paşinyan Avropa İttifaqının xüsusi nümayəndəsi ilə Azərbaycanla normallaşmanı müzakirə edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Operativ Media Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistan – Azərbaycan münasibətlərinin normallaşma prosesi və Cənubi Qafqazda vəziyyət müzakirə edilib.
Bildirilib ki, tərəflər hər iki ölkə arasında sülh razılaşmasının imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıblar.