Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
“Maynts” – “Holştayn” matçında qalib müəyyənləşməyib. “Ştutqart” səfərdə “Boxum”a, Dortmund “Borussiya”sı da “Frayburq”a böyük hesabla qalib gəlib. Sonuncu çempionu “Bayer” isə “Haydenhaym”la səfər oyununda tək qolla qələbə qazanıb.
“Leypsiq” evdə “Hoffenhaym” üzərində inamlı qələbəyə sevinib. “Verder” də “Ayntraxt”ı 2 cavabsız qolla yenib.
28-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
28-ci tur
4 aprel
Auqsburq – Bayern 1:3
Qollar: Yannulis, 30 – Musiala, 42. H.Keyn, 60. Matsima, 90+3-öz qapısına.
5 aprel
Boxum – Ştutqart 0:4
Qollar: Şabo, 8. Demiroviç, 11; 48; 85.
Frayburq – Borussiya (Dortmund) 1:4
Qollar: Eggeştayn, 88 – Adeyemi, 34. Çukvuemeka, 51. Girassi, 68. Gittens, 78.
Haydenhaym – Bayer 0:1
Qol: Buendiya, 90+1.
Maynts – Holştayn 1:1
Qollar: Vayper, 75 – Bernardsson, 34.
Leypsiq – Hoffenhaym 3:1
Qollar: Şeşko, 24. Baku, 43 – Bişof, 11.
Verder – Ayntraxt 2:0
Qollar: Burke, 28. Şmid, 84.
6 aprel
17:30. Sankt Pauli – Borussiya (Mönhenqladbax)
19:30. Union Berlin – Volfsburq