AZ

Nuriyyə Əhmədovanın nəvəsi: “Onun bu itkiyə ürəyi dözmədi"

"Hər zaman məni sənətə yönəldib. O, mənə həm ana, həm nənə olub. Çalışıb ki, məndən heç nəyi əsirgəməsin. Baxıb hansısa uşaqda nəyisə görüb istəməmişəm. Heç nəyimi əsirgəməyib. O cür böyüdüb məni. Hətta pis övladın belə ölməyi anaya təsir edər. O ki, qaldı yaxşı övlad".    Manset.az  bizim.media-ya istinadən bildirir ki, bu sözləri mərhum Xalq artisti Nuriyyə Əhmədovanın qətlə yetirilən 20 yaşlı qızı İlahənin oğlu Faiq İbadzadə "YouTube"da yayımlanan "AStar" verilişinə müsahibəsində deyib. Faiq bildirib ki, N.Əhmədovanın övladının itkisi onun səhhətinə mənfi təsir edib:  "Nuriyyə xanım bir ömür bu dərdlə yaşadı. Hər dəfə mənə deyirdi ki, sənə baxıb onu xatırlayıram. Sən mənim üçün bu həyatda stimulsan. Nə edirəmsə, sənə görə edirəm. Sonra elə oldu ki, oğlu da dünyasını dəyişdi. Onda da bir-birimizə sığındıq. Amma ürəyi dözmədi. İnsanın dərdinin üzərinə dərd yığıldıqca üzdə bilinməsə də, ürəyində çəkdiyini bir Allah bilir, bir də özü. Onun sonuncu müsahibələrinə baxsanız, gözlərində dərdinin əks olunduğunu görəcəksiniz. O, oğlu üçün çox çalışdı. Bilirdim ki, onun ürəyi buna dözməyəcək. Vəziyyətini görürdüm".   Qeyd edək ki, N.Əhmədovanın yenicə ana olan qızı 1996-cı ildə kürəkəni tərəfindən qətlə yetirilərək öldürülüb.

Sənətçinin oğlu Əli isə 37 yaşında xərçəngdən dünyasını dəyişib. Nuridə 2015-ci ilin oktyabrın 10-da  ürək tutmasından Bakıda vəfat edib. Sənətçi vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında torpağa tapşırılıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla