Sərhədin açılması üçün top Rusiyanın meydanındadır
Rusiyadan Finlandiyanın şərq sərhədini aça biləcəyinə dair heç bir mesaj alınmayıb. Axar.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb bildirib. “Biz hələ də Rusiya tərəfdən heç bir işarə görmürük ki, sərhəd açılanda miqrasiya davam etməyəcək. Heç bir əminlik yoxdur və düşünürəm ki, sərhədi açmaq çətindir. Top, metaforik desək, rusların meydançasındadır.