Qardaşlıq va vəfa borcuna sadiq qalan Azərbaycan o ağır günlərdə Türkiyənin yanında oldu
Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin dərin mahiyyəti Ümummilli Lider Heydər Əliyevin 'Bir millət, iki dövlət', Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi 'Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir' kəlamlarında dəqiq ifadə olunub. İki qardaş xalqın dostluğu tarixin ağır sınaqlarından keçərək indiki ən yüksək mərhələyə çatıb.