Azərbaycan milli komandasının oktyabrın 14-də Slovakiya yığması ilə Bakıda keçirəcəyi UEFA Milətlər Liqasının IV tur oyununun hakim təyinatları açıqlanıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək:
14 oktyabr
Azərbaycan - Slovakiya
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
Baş hakim: Rohit Saggi
Baş hakimin köməkçiləri: Morten Jensen, Anders Olav Dale
Dördüncü hakim: Sigurd Kringstad
(Hakimlər briqadası Norveçdəndir)