Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşü keçirib.
Apasport.az xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-ci dəqiqədə Nihad Orucəli vurub.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk oyunda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.
Millətlər Liqası: II dövrə start götürür - YENİLƏNİR
Millətlər Liqası: Portuqaliya və İspaniyadan qələbə - YENİLƏNİB
Millətlər Liqası: Türkiyədən qələbə, Gürcüstan məğlub oldu - YENİLƏNİB
DÇ-2026: Argentina xal itirdi
ML: Fransa və Norveçdən qələbə, İngiltərə Yunanıstana uduzub