Son günlərdə ölkəmizdə yumurta qiymətləri yenidən dəyişib. Belə ki, yumurta qiymətlərində bahalaşma müşahidə olunur.
BÉ™s bu qiymÉ™t artımı nÉ™ ilÉ™ baÄŸlıdır?Â
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli açıqlama verib. O bildirib ki, Azərbaycan yumurta tələbatını tam olaraq özü ödəyə bilir:
"Yəni ölkəmizə xaricdən yumurta idxal olunmur. Bizim yumurta istehsalçılarının kifayət qədər potensialı var. Onların gündəlik istehsal gücü 4 milyon ədəddir. Azərbaycanın yumurta tələbatı isə 3 milyon ədəddir. Yəni onlar hər gün ölkənin tələbatından 1 milyon daha çox istehsal gücünə malikdirlər".
Ekspert yumurta qiymətlərinin bahalaşma və ya ucuzlaşma səbəblərindən danışıb:
"İstehsalçılar yumurta satışları aşağı düşəndə qiymətləri endirməyə məcbur olurlar. Çünki yumurtanın xarab olma ehtimalını da nəzərə almaq lazımdır. Tamamilə itkiyə getməmək üçün qiymətləri endirirlər.
MÉ™sÉ™lÉ™n, bir neçə ay É™vvÉ™l 8-9 qÉ™piyÉ™ satılan yumurtaların qiymÉ™ti artıq 2 dÉ™fÉ™ bahalaşıb. Amma 8-9 qÉ™pik dÉ™ hÉ™ddindÉ™n artıq ucuzdur. Sırf mÉ™cburiyyÉ™tin qarşısında qaldıqları üçün bu qiymÉ™tÉ™ satırdılar".Â
Mütəxəssis diqqətə çatdırıb ki, yumurta qiymətlərinin dəyişməsi tələbatdan və istehsalın planlaşdırılmasından asılıdır:
"Çox yumurta istehsal edib sata bilməyəndə qiymətləri endirməyə məcbur qalırlar. Satışlar və tələbat yaxşı dolduqda isə qiymətləri qaldırmaq imkanı yaranır. Ümumiyyətlə, təlabat və yumurta istehsalçılarının ehtiyatlarına görə bazarda yumurta qiymətləri zaman-zaman dəyişir"./hit.az/