EN

Məhkəmə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini cərimələyib

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şirkət ilə bağlı müraciətə baxılıb.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti daha əvvəl ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar törətdiyinə görə cərimələnmişdi. 

Chosen
18
6
operativmedia.az

6Sources