“WhatsApp” bəlkə də yeniliklər və funksiya əlavələri baxımından tarixinin ən aktiv ilini geridə qoyur.
İndex.az xəbər verir ki, fərqli süni intellekt xüsusiyyətlərini özündə birləşdirən və ən son ChatGPT inteqrasiyası ilə diqqət çəkən dünyanın ən məşhur mesajlaşma tətbiqi indi iş hesabları üçün süni intellekt xüsusiyyəti təqdim edir.
“TestFlight”da (24.25.10.84) dərc edilən iOS üçün “WhatsApp”ın ən son beta versiyası biznes hesabları üçün iki mühüm yeniliyi ortaya qoyur. Yeni versiyada şirkətlərə öz tətbiqlərini süni intellekt alətlərinə qoşmağa imkan verən platformaya qoşulma xüsusiyyəti və süni intellektlə dəstəklənən mesajlaşma sistemləri sınaqdan keçirilir. Bu xüsusiyyətlər o deməkdir ki, bu yaxınlarda Android versiyasına əlavə olunan yeniliklər iOS-a da ötürülür.
Yeni funksiya şirkətlərə QR kodu skan etməklə öz tətbiqlərini süni intellekt dəstəyi ilə birləşdirməyə imkan verir. Bu inteqrasiya sayəsində süni intellekt müştəri mesajlarını təhlil edərək məhsul məlumatlarını paylaşa, müştəri ehtiyaclarına uyğun təkliflər verə, qiymət və ya stok vəziyyəti kimi ətraflı məlumatları çatdıra bilər. Beləcə, bu vasitələrdən xüsusilə iş saatları xaricində istifadə etməklə müəssisələrə böyük üstünlük təmin ediləcək.