Demokrat.az xəbər verir ki, Əməkdar artist 1979-cu ildə Kubaya gedərkən təyyarədə yol yoldaşı olan Odessalı şair Oleksandr Koçetkovun ona danışdığı əhvalatı efirdən danışıb:
"Burdan uçduq Bakı-Moskva, Moskva-Lissabon və oradan da 11 saat Kubanın paytaxtı Havanaya yola düşdük. Yolda danışdı ki, "1964-cü il idi. Mən Yazıçılar Birliyi ilə birgə qatarla səfərə getməli idim, övladımız da yox idi. Birdən yoldaşım Nataliya vağzalda mənə dedi ki, Saşa getmə". Elə bil dilim-ağzım qurudu, bileti qaytardım. Gəldik evə söhbət etdik, şampan içdik. Amma səhərisi, - mətbəxdə adətən çayı mən dəmləyirdim, - bir də gördüm "Mayak" radiosu nə desə yaxşıdır: "Dünən Odessa-Moskva qatarı qəzaya uğrayıb. 321 nəfər həlak olub, 569 nəfər isə yaralanıb, itkin düşənlər də var". O am çaynik əlimdən yerə düşdü. Gəldim yoldaşımın üzündən yorğanı qaldırdım, gözlərindən öpdüm ki, sən hardan bildin bu qatar qəzaya uğrayacaq".
Koçetkov bu hadisə ilə bağğlı ballada da yazmışdı. Son kəlməsi yadımdadır: "Bir əsrlik vidalaşın, getsəniz də bircə anlıq". Çünki hər saniyənin, hər anın öz hökmü var". (Titul.az)
![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/12/29/1/12e39c55-8c49-4446-99b7-47471c701e86/1735453457_screenshot_2024-12-29-10-21-53-820_comandroidchrome-edit.jpg)
10Sources
-
news365.azMoskvadan uçan təyyarə Saratova təcili eniş etdi ( 15052135)
-
sfera.azMoskvadan uçan təyyarə Saratova təcili eniş etdi ( 15051935)
-
axar.azMoskvadan uçan təyyarə Saratova təcili eniş etdi ( 15051757)
-
bizim.mediaİstanbuldan Moskvaya uçan təyyarə təcili Həştərxana ENİŞ ETDİ ( 15023667)
-
manset.azMoskvadan İrəvana uçan təyyarə təcili eniş etdi ( 14741219)
-
sherg.azMoskvadan İrəvana uçan təyyarə Mahaçqalada məcburi eniş edib ( 14740575)
-
apa.azMoskvadan İrəvana uçan təyyarə Mahaçqalada məcburi eniş edib ( 14740345)
-
anews.azMoskvadan İrəvana uçan təyyarə Mahaçqalada məcburi eniş edib ( 14740983)
-
konkret.azMoskvadan İrəvana uçan təyyarə Mahaçqalada məcburi eniş etdi ( 14740053)
-
sfera.azMoskvaya uçan təyyarə məcburi eniş etdi ( 14688483)