EN

"Rayondan 10 dənə yumurta, iki dənə çolpa gətirib, sonra məndən 3 min pul alıb"-Manaf Ağayev kəndçini təhqir etdi

Qalmaqallı “razborşik” kimi tanınan Manaf Ağayev ARB televiziyasına bu qalmaqaldan biri də əlavə edib. Belə ki, müsahibə zamanı özünün uydurduğu nağıla bənzər senarisini tutuzdura bilməyib. Əksinə cəmiyyətdə özünü əleyhinə şok effekti yaradıb. 

Hər dəfə mən belə, mən elə. Mən kişi kimi bunu dedim. O bunu dedi. Mən pulu belə xərclədim. Kasıba əl tutdum. Yaxşılıq elədim deytib özünü ictimaiyyətə səxavətli birisi kimi təqdim etməyə çalışır. 

“Əvvəllər mənim çıxışımın altında təhqir yazmazdılar, bir dəfə də belə bir şey olmayıb. Bir dəfə Mətanət Əsədovanı müdafiə etdim onda da mənə bəzi ifadələr yazdılar. Düşünürəm ki. Bu da bir anlaşılmazlıq idi” -deyə Manaf Ağayev danışır.

“Bir dəfə rayondan 10 dənə yumurta, iki çolpa mənə gətirdilər. Sonra da 3 min dollar pul istədilər. Mən aldandım. Yumurtanın biri mənə min dollara başa gəldi. Məni çox sayırlar, çox hörmət edirlər, bilirsiniz də bu mənim sənətimə görə deyil. O mənim dostluğuma, şəxsiyyətimə görədir. Adam var pulu çoxdur, amma kişiliyi yoxdur. Sonradan kişi olmursan.  Gərək kişi kimi doğulasan. Bir oxumaq işi həll eləmir. Elə oxuyan var mən ancaq onun səsinə qulaq asıram, ancaq onun cəmiyyətdə zərrə qədər hörməti yoxdur. Bizdə sənət var şəxsiyyət yoxdur, şəxsityyət var sənət yoxdur. Birdən mənə deyirlər ki, sən hara gedirsən səni “kartej”nən hörmətdi izzətdi qarşılayırlar. Demişəm ki, qardaş bunları qazanmaq üçün mən pul xərcləmişəm, gecələr yatmamışam. Bura efirdi öz dilimdə danışmaq istəmirəm.” –sözlərini ifadə edən Manaf Ağayev yumurtanın birini min dollara aldığını deyir.

Ətraflı videoda:

 


Chosen
63
azia.az

1Sources