EN

“Azər özünə baxmırdı, qorumurdu, aktyor sağlığını bu sənətə xərcləyir, qarşılığında isə..” – FOTOLAR

“Azər haqqında keçmişdə danışmaq adama çox çətindir. Nə yaşı, nə insani keyfiyyətləri imkan vermir ki, onun haqqında keçmişdə danışasan. Kaş bu xəbər yalan olardı. O hər zaman bizim ürəklərimizdə ağsaqqal kimi yaşayacaq”.

Bunu Medianews.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib.

“Azər özünə baxmırdı, qorumurdu, aktyor sağlığını bu sənətə xərcləyir, qarşılığında isə..” - <span style=color:red>FOTOLAR

O daha sonra mərhum aktyor Azər Baxşəliyevlə tanışlığını xatırlayıb:

“Onunla ilk tanışlığım “Axırıncı yol” filminə təsadüf edir. Filmdə mənim əksər səhnələrim Azərlə idi. Sonradan dəfələrlə tərəf müqabili olmuşduq. Mənim Xəzər televiziyasında aparıcılıq etdiyim “Evin xanımı” verilişinin ssenarisini də o yazırdı. Həqiqətən də çox kübar, alicənab biri idi. Mən hələ eşitməmişəm ki, Azər kiminsə xətrinə dəyib, qəlbini qırsın. O dərəcədə insanları sevib, dəyər verirdi. Bu illər boyu ona tərgidə bilmədim ki, mənə “xanım”, “siz” deyə müraciət etməsin. Dəfələrlə deyirdim ki, Azər, biz neçə ildir tanışıq, aramızda səmimiyyət var, “sən” deyə müraciət et. Yenə də “Sona xanım” deyirdi. Onun yoxluğu ilə qəbullana bilmirəm. Çox çətindir. Allah nədənsə yaxşıları yanına tez aparır. O da istəmir ki, sevdiyi bəndələri fani dünyada çox çətinlik çəksin. Özünə baxmırdı, qorumurdu. Xəstəliyi haqqında heç danışmağı sevmirdi” deyə aktrisa bildirib.

“Azər özünə baxmırdı, qorumurdu, aktyor sağlığını bu sənətə xərcləyir, qarşılığında isə..” - <span style=color:red>FOTOLAR

Sonaxanım Əliyeva bildirib ki, aktyor sənəti çox çətindir:

“Ola bilər ki, kənardan baxan hər kəsə çox asan görünür. Amma belə deyil. Aktyorun yuxusuz gecələri, soyuqda, boranda, qarda, şəraitsizlikdə çəkilişləri çox çətindir. Hətta mən Azərin dəfnində olduğum zaman eynəyi gözümdən çıxara bilmədim. Çünki gözaltımda dəhşətli dərəcədə şişlər var idi. Bu da yuxusuzluqdan, gərgin rejimdən xəbər verir. Aktyorlarımızın da hərəsi bir cür əziyyət çəkir. Yuxusuz gecələr hamıya asan gəlməsin! Bəzən əziyyətli işimiz olur, ona uyğun qonorar olmur. Amma ailə dolandırmaq lazımdır, təbii ki, məişət qayğıları da var. Aktyor da insandır, onun da ehtiyacları var. Qonorar az olanda aktyor özünü bir neçə yerə xərcləyir. Sağlığını xərcləyir, özünü bu sənətə fəda edir. Biz təkcə fiziki yox, həm də beynimizi işlədirik. Beyin düşünməlidir ki, mən bu obrazı özüməməxsus şəkildə necə yarada bilərəmsə sevilsin, bəyənilsin. Buna görə də aktyorlar tez dünyasını dəyişir. Heç bəlkə ürəyindən ağlamaq, gülmək keçmir, amma sən özünü məcbur edib gülürsən, ağlayırsan. Bədənini buna məcbur edirsən. Bu özü də cana təsir edir. Ölümlər getdikcə adiləşir, ömür qısalır. Ona görə də hər dəfə deyirəm ki, biz bu gün dünyaya gəlmişiksə, bir-birimizi gərək sevək, sağlığımızda dəyər verək. Nələri bölüşdürə bilmirik? Dəfələrlə hamımız bunun şahidi olmuşuq ki, sonda hər birimizin yeri qara torpaqdır. Hamımız torpaq altına gedəcəyik. Mal, dövlət, şan-şöhrət, pul gəldi gedərdi. İnsandan geriyə onun xatirələri qalır. Ona görə də çalışaq rəhmət qazanacaq. Heç olmasa bizim haqqımızda deyilsin ki, Allah rəhmət etsin” deyə aktrisa bildirib.

“Azər özünə baxmırdı, qorumurdu, aktyor sağlığını bu sənətə xərcləyir, qarşılığında isə..” - <span style=color:red>FOTOLAR

Chosen
62
medianews.az

1Sources