EN

Cənubi Koreya polisinə prezidenti həbs etmək hüququ verildi

"TASS" agentliyinin məlumatına görə, "Korrupsiya İstintaq İdarəsi bu gecə şübhəli Yoon haqqında həbs orderinin icrasını Milli İstintaq İdarəsinə həvalə edib", - CIO bildirib.

2024-cü il dekabrın 31-də Cənubi Koreya məhkəməsi prezident üçün həbs orderi çıxarıb. Bu orderin müddəti 2025-ci il yanvarın 6-da bitir. Daha əvvəl güman edilirdi ki, CIO yeni order üçün müraciət edə və ya mövcud orderin müddətini uzatmağa cəhd edə bilər.

Milli İstintaq İdarəsi Koreya Milli Polis Agentliyinin tərkib hissəsidir. Yanvarın 3-də birləşdirilmiş istintaq qrupunun nümayəndələri prezidentin mühafizə xidməti ilə 5,5 saat davam edən qarşıdurmadan sonra prezident iqamətgahının ərazisini tərk ediblər.

Onu da qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə İstintaq İdarəsi Koreya Respublikasının Milli Polis Agentliyinin bir hissəsidir.

Lalə Qüdrətova
Milli.Az

Chosen
41
50
milli.az

10Sources