EN

İlisuya qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsindəki rayonlarda qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Yanvarın 6-da gecə saatlarında bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 10 santimetr təşkil edir. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

1Sources