EN

“Neftçi” ehtiyatda qalan müdafiəçini almaq üçün hərəkətə keçdi

Macarıstanlı müdafiəçi tMark Tamaş və seyrra-leoneli yarımmüdafiəçi Alfa Konte ilə əməkdaşlığı dayandıran «Neftçi» yeni transfer hədəfini müəyyənləşdirib.

Samir Abasovun istəyini əsas götürən «ağ-qaralar» Abdulla Rzayevə elçi düşüb.

Paytaxt təmsilçisi ona görə «Sabah»amüraciət edib. Bakılılar U-21 yığmasının da formasını geyinən müdafiəçi üçün qarşı tərəfə təzminat ödəməyə hazırdır.

Gənc arxa xətt oyunçusu ötən iki mövsümü icarədə keçirib. Öncə «Kəpəz»in, daha sonra «Araz-Naxçıvan»ın uğurları üçüntər töküb.

Bu sezonun əvvəlində «Sabah»a qayıdan Rzayev hələlik özünü göstərə bilmir.

Krunoslav Renduliçin vaxtında olduğu kimi, Vasili Berezutskinin baş məşqçi vəzifəsinə təyinatı onun karyerasında yeni səhifə açmayıb.

Ötən müddətdə daha çox ehtiyatda qalıb.

SPORTİNFO.AZ

Chosen
59
sportinfo.az

1Sources