EN

Qazaxıstan lideri virusla bağlı ajiotaj yaratmamağa çağırıb

Bakı. Trend:

İndi hamı yeni infeksiya haqda danışır. Ajiotaj yaratmağa lüzumyoxdur. Çinlə əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır.

Trend xəbər verirki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada başçəkdiyi Avrasiya Milli Universitetinin Tələbə evində etdiyi çıxışdaictimaiyyəti narahat edən metapnevmovirusa münasibət bildirərkənsöyləyib.

Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib ki, oktyabrın 1-dənbəri respublika ərazisində laborator qaydada təsdiq olunmuş 30metapnevmovirusa yoluxma halı qeydə alınıb.

Nazirliyin məlumatına görə, metapnevmovirus başlıca olaraqhava-damcı yolu ilə yayılır, bununla belə məişət-təmas yolu iləyoluxma halları da olur. Əsas simptomlar: öskürək, burun axması,təngnəfəslik, qızdırma, baş ağrısıdır. Virusun xüsusi müalicə üsulutəsbit olunmayıb, əsasən simptomatik müalicə aparılır.

Chosen
46
2
az.trend.az

3Sources