Hollandiyanın Suriya üzrə xüsusi nümayəndəsi Geis Gerlag Dəməşqə səfər edib və burada “Həyat Təhrir əş-Şam” qruplaşmasının nümayəndələri ilə görüş keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "NL Times" informasiya portalı məlumat yayıb.
Məlumata görə, bu, Bəşər Əsəd prezidentlikdən getdikdən sonra Hollandiya hökumətinin nümayəndəsinin Suriyaya ilk səfəridir.
Hollandiya Xarici İşlər Nazirliyinin qeyd edib ki, ötən həftə keçirilən müzakirələrin məqsədi mövcud təhlükəsizlik vəziyyətini qiymətləndirmək olub.
Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp deyib ki, Hollandiya Suriyanın başçılıq etdiyi əhatəli siyasi keçid prosesinin Suriyada sabitlik üçün çox vacib olduğuna inanır.