Demokrat.az xəbər verir ki, baş nazir Karl Nehammerin istefası hökumətin sağçılar tərəfindən qurulacağı fikrini gücləndirib.
1950-ci illərdə Hitlerin SS zabitlərindən biri tərəfindən qurulan və AB əleyhinə mövqedə olan FPO sentyabr ayında keçirilən ümumi seçkilərdə 29 faizdən çox səs toplayaraq ilk dəfə lider partiya olub.
Partiya əvvəllər koalisiya tərəfdaşı kimi hakimiyyətə gəlsə də, heç vaxt birinci partiya kimi hökuməti idarə etməyib. Kickl bazar günü axşam qısa bir paylaşımında kampaniya şüarını təkrarlayıb və Van der Bellen ilə görüşməzdən əvvəl şərh verməyəcəyini söyləyib.
Əfsanə Kamal
Demokrat.az