Xüsusilə Ukraynada müharibə başlayandan bəri Rusiyadan intensiv şəkildə təbii qaz almağa davam edən Avstriya, Slovakiya və Macarıstan kimi Avropa İttifaqı (Aİ) ölkələri üçün alternativlərin daha baha başa gələ biləcəyi ehtimal edilir.
Maraqlıdır, Avropada yaxın gələcəkdə qaz böhranı yaşana bilərmi? Bu, Azərbaycan üçün hansı əlverişli şərait yarada bilər?
“Təbii ki, Ukrayna ve Rusiya arasında olan münaqişə Azərbaycanın Avropada olan nüfuzunun yüksəlməsi üçün daha münbit şərait yaratmış oldu. Ən əsası da Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasına vəsilə oldu”.
Bu sözləri Demokrat.az- açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, Rusiya qazının Ukrayna üzərindən Avropaya satılması və Ukrayna tərəfindən satışın əngəllənməsi Azərbaycan qazına olan təlabatın daha da artması ilə nəticələnib:
“Hesab edirəm ki, bununla bağlı 2025-ci il ərzində müxtəlif qərarların qəbulu ediləcəyinin şahidi ola bilərik. Avropada ciddi bir qaz böhranının yarana biləcəyini düşünmürəm. Çünki alternativlər artıq mövcuddur. Ən dəhşətli və çətin dönəm 2022-ci ilin fevral-aprel aylarında, o cümlədən də qışına doğru yaşanıb. O dönəmdə də alternativlər tapılıb. Yəni buna Qətərin, Azərbaycanın, ABŞ-nin və digər ölkələrin mavi qazı və sıxılmış qaz ehtiyatları vasitəsilə dəstək göstərilib”.
E.Əmirov qeyd edib ki, bu, Azərbaycan üçün əlverişli şərait yaradacaq:
“Qazın satışının qiymətində müəyyən qədər artım gözlənilir ki, bu da ölkəmiz üçün əlverişli hal hesab edilə bilər. Amma Azərbaycanın hasil edə biləcəyi bəlli bir qaz həcmləri vardır. Azərbaycan ixrac edə biləcəyi qədər qaz ixrac edir. İxrac edə bilməyəcəyi qaz ehtiyatı yoxdur. Azərbaycan qazının alıcıları çoxdur. Bu alıcıların sayının artması Azərbaycanın strateji tərəfdaş olaraq əhəmiyyətini artıracaq. Bunun fonunda ölkəmizə əlavə vəsaitin daxil olması üçün şərait yaradacaq”.
Leyla
Demokrat.az
10Sources
-
Reportyor.tv“Azərbaycan separatçı bölgəyə qaz verəcək” iddiasının pərdəarxası ( 15083859)
-
azvision.azAvropa tələyə düşəcəyindən qorxur ( 15069889)
-
report.azSlovakiyalı deputat: "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" ( 15068155)
-
az.trend.azAvropa İttifaqı yenə Bakı qazına möhtacdır ( 15060829)
-
turan.azƏliyevlə görüşdən sonra Zelenski Azərbaycan qazının Avropaya tranziti üçün Ukrayna infrastrukturundan istifadəni təklif etdi ( 15038973)
-
marja.az"Azərbaycan ötən il Bolqarıstana 2 milyard kubmetr qaz tədarük edib" ( 15037419)
-
sia.azZelenski: “Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır” ( 15036533)
-
yeniavaz.com“Ukrayna Azərbaycan qazını nəql etməyə hazırdır” – Zelenski ( 15035481)
-
poliqon.infoSəfir: "Azərbaycan ötən il Bolqarıstana 2 milyard kubmetr qaz tədarük edib" ( 15032901)
-
ikisahil.azSəfir: Azərbaycan ötən il Bolqarıstana 2 milyard kubmetr qaz tədarük edib ( 15032557)